
varikozun-mualicesi zamanı dərmanların qəbulu
varikozun-mualicesi zamanı dərmanların qəbulu.
Varikoz xesteliyinde medikamentoz mualice, yəni dərman və gellərlə müalicə paralel aparılır. Dərman və gellər damarı aradan qaldırmır, lakin damarların tonusunu artırır, ayaqda olan yorğunluq ağırlıq hissini götürür.
Hər hansı bir ağırlaşma varsa, onun qarşısını almaq üçün tabletlərdən istifadə olunur. Məsələn, pasientin ayağında tromboflebit və yaxud tromb varsa, sözsüz ki, burada qan duruducu preparatlardan istifadə olunur.
Pasientin ayağında şişkinlik varsa, burada venotoniklərdən mütləq istifadə olunmalıdır.
Əgər pasientin ayağı tam sağlamdırsa, lakin bunu genetikasında varikoz xəstəliyi varsa və yaxud çox xırda kapilyarlar, yeni başlanmış varikoz varsa, burada dərman preparatlardan istifadə məsləhət görülür.