Varikoz xorası
Venaların genislenmesinin səbəbindən, ayağın baldır nahiyəsinin aşağı hissəsində əmələ gələn xoralardır ki, bunlara varikoz xoralar deyilir. Varikoz xoraların əmələ gəlmə səbəbi venoz durğunluğun nəticəsidir.
Venalarda genislenme olanda qan yuxarıya doğru hərəkət edə bilmir və baldır nahiyəsində durğunluq əmələ gəlir. Bu durğunluğun nəticəsində trofiki dəyişiklik baş verir.
Trofiki dəyişiklik nəticəsində xoralar yarana bilər. Xoradan öncəki vəziyyət “lipodermatoskleroz” adlanır. Bu zaman dərinin qızarması, bərkiməsi, ayaqda ağrıların artması müşahidə olunur.
Daha sonra varikoz xoralar inkişaf etməyə başlayır.
varikozun-mualicesi indi daha asand və qısa zamanda öz həllini tapır.